Moskvada ən çox qaçırılan avtomobillər Asiya markalarıdır.

Unikal.org xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" Moskva prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Yaponiya "Toyota"sının qaçırılması barədə hüquq-mühafizə orqanlarına 221 dəfə məlumat daxil olub.

İlk üçlüyə iki Koreya brendi - "Kia" (156) və "Hunday" (140) daxil olub.

Bundan başqa siyahıda VAZ (85), "Mazda" (75), "Leksus" (61), "Ford" (53), "Nissan" (45), BMV (39) və "Reno" (39) avtomobilləri də yer alıb.