Noyabrın 17-də yoxa çıxan güney azərbaycanlı tanınmış milli-mədəni fəal Meysəm Colaninin Ərdəbilin mərkəzi zindanında saxlanıldığı məlum olub.

Unikal.org xəbər verir ki, bu barədə fəalın yaxınları məlumat yayıblar.

M.Colaninin İranda keçirilən son etiraz aksiyaları zamanı tutulduğu bildirilib.

Fəalın təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü də qeyd edilib.