Braziliyada polisdən qaçan şübhəlilər minlərlə insanın iştirak etdiyi konsertin keçirildiyi küçəyə girib və polisə atəş açıblar.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, polisin yaxalamağa çalışdığı şübhəli şəxslər motosikletlə 5 min nəfərin olduğu küçəyə giriblər. Onların polisə atəş açması ilə insanlar müxtəlif istiqamətlərə qaçaraq bir-birlərini də əziblər.
Braziliyanın San Paulu şəhərində baş verən hadisə nəticəsində yaranan izdihamda 9 nəfər dünyasını dəyişib, 20 nəfər isə yaralanıb.