Ukraynada Kiyev Vilayət Şurasının deputatı, biznesmen Vyaçeslav Sobolev silahlı hücuma məruz qalıb.
Unikal.org tsn.ua-ya istinadən xəbər verir ki, deputatın avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub. Hadisə ötən gün axşam saatlarında Kiyev şəhərində Lev Tolstoy küçəsi ilə Tarasovskaya küçəsinin kəsişməsində, Donetskdən olan iş adamına məxsus “Mario” restoranının yaxınlığında baş verib.
"Range Rover" markalı maşına silahlı hücum nəticəsində deputatın üç yaşlı oğlu Aleksandr və sürücü olub. Güllə yarası alan sürücü yaralanıb və azyaşlı isə xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Vyaçeslav Sobolev 2015-ci ildə "Petr Poroşenko bloku" partiyasından Kiyev Vilayət Şurasının deputatı seçilib. O, həmçinin "Objora" restoranlar şəbəkəsinin təsisçisi və rəhbəridir.