Ege Hospitala, ürəkdə öldürücü aritmiya və ürək - tənəffüs dayanması vəziyyətində gətirilmiş 1978-ci il təvəllüdlü Səməd Əhədov adlı xəstə 2 saatdan çox ürək masajı edilərək həyata qaytarılıb.
Unikal.org xəbər verir ki, Ege Hospitalın uzman kardioloqu Aysel İslamlı tərəfindən angioqrafiya laboratoriyasına alınan xəstənin ürəyini qidalandıran tac damarlarının tıxalı vəziyyətdə olması aşkar edilmişdir.Ürək damarından tromb aspirasiya edilərək təmizlənmiş , balon və stent yerləşdirilərək damar axınının bərpası əməliyyatı həyata keçirilib. Əməliyyatdan öncə və sonra aritmiya “fırtınası” yaşayan xəstəyə 25-30 dəfə elektroşok uyğulanıb. Və xəstə həyata döndürülüb.
Uzman kardioloq Aysel İslamlı bildirib ki, tez-tez bu vəziyyətdə olan xəstələrlə rastlaşırıq. Amma bu qədər uzun çəkən ürək masajı sonrasında xəstənin gündəlik həyatını tam sağlam şəkildə davam etdirməsi çox sevindirici və nadir bir vəziyyətdir.
5 gündən sonra evə buraxılan Səməd bəyin övladları bildirib ki, öncə Allahın sonra isə həkimlərin sayəsində atam bugün bizimlədir. Allah heç bir övladı valideynsiz etməsin. Bizi atasız qoymadığı üçün Aysel həkimə və Ege Hospital kollektivinə öz dərin minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, Semed Ehmedov 2 övlad atasıdır. Əslən Samuxludur, Mingəçevirdə doğulub.