“Günay Sığorta” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti sosial layihələrindən birinə imza atı
Unikal.org xəbər verir ki, şirkətin Baş ofisində Azərbaycan Talassemiya Federasiyası ilə birlikdə talassemiya xəstələrinə dəstək olmaq məqsədilə 29.10.2019-cu il tarixində təmənnasız qan vermə aksiyası keçirilib. Dəvət olunmuş tibb işçiləri donorları yoxlayaraq qanın analizini aparıb. Şirkətin rəhbərliyi və əməkdaşları yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qoşulub.
Bu aksiyalar təkcə Azərbaycan iqtisadiyyatının yox, həmçinin insan amilinin inkişafında böyük rol oynayır və "Günay Sığorta" olaraq daim belə aksiyalarda iştirak etməyi özümüzə borc bilirik. Belə aksiyalar yüzlərlə uşağın həyata davam etməsi deməkdir.
«Korporativ-Sosial Məsuliyyət» Proqramı çərçivəsində "Günay Sığorta" təhsil, idman sahəsindən tutmuş, ətraf mühitin mühafizəsi üzrə layihələrə qədər müxtəlif sahələrdə çoxsaylı layihələrə dəstək olub.