“NATO böyük məqsədlərə xidmət edir”.
Unikal.org xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makrona cavabında bildirib.
“NATO-nu təhqir edilməsi xoş olmayan hərəkətdir. NATO barəsində belə bir açıqlama verə bilməzsiniz. Heç bir ölkə NATO-ya Fransa qədər ehtiyac duymur. Fransa kimi bir ölkənin belə açıqlama verməsi çox təhlükəlidir. Makronla çox yaxşı əlaqələrim var. Ancaq o, bəzən söylənməsi lazım olmayan şeylərdən danışır. Fransanın ABŞ şirkətlərinə vergi tətbiq etməsini istəmirəm. Vergi tətbiq edəcək biri varsa, o da Fransa deyil, ABŞ-dır”.
D.Tramp Türkiyə və bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında da açıqlama verib: “Türkiyə NATO-nun çox yaxşı üzvüdür. Ərdoğanla çox yaxşı anlaşıram”.