İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və maliyyə dəstəyi şadlıq sarayında Beynəlxalq Əlillər gününün zirvə tədbiri keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Qarabağ müharibəsi əlilləri, Çernobıl faciəsi əlilləri, ümumi səbəbdən əlillər, fiziki qüsurlu uşaqlar, xidmət təşkilatlarının rəhbərləri, DSMF rayon şöbəsinin əməkdaşları, aidiyyatı olan icra strukturlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, bütün Azərbaycan vətəndaşları,xüsusilə qayğıya daha ehtiyaclı insanlar  Prezident İlham Əliyevin yaratdığı maddi və mənəvi təminatlı həyatı yaşayırlar.2019-cu ildə ölkə rəhbərinin imzaladığı sosial inqilabi xarakterli sərəncamlar yaranma səbəbindən asılı olamayaraq fiziki imkanlarını itirmiş hər bir əlilin, şəhid ailəsinin, pensiyaçının yaşam imkanlarını qat-qat artırıb. Bu onun nəticəsində mümkün olub ki, təkcə büdcəmiz yox, bütövlükdə dövlətimiz sosial yönümlüdür.

DSMF rayon şöbəsinin müdiri Kamran Muradov, Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva dövlət qurumu olaraq əlillərlə bağlı gördükləri işlərdən,ölkə rəhbərinin sosial sərəncamlarının insanlar arasında yaratdığı ruh yüksəkliyindən danışıblar. Tədbirin başlanğıcından sonunadək optimist və pozitiv ruh özünü göstərib.

Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən   nərd yarışında qalib gələn əlillərdən Şəfaqət Rəsulova (I yer), parolimpiyaçı Şakir Ömərova (II yer) və Azər Kərimova (III yer) medal,diplom və qiymətli hədiyyələr təqdim olunub.