“Günay Sığorta” şirkətinin ötən ilin 10 ayı ilə müqayisədə geriləməsi haqqında məlumatlar yayılıb.
Unikal.org xəbər verir ki, 2019-cu il ərzində “Günay Sığorta” fəaliyyət istiqamətlərinin və satış kanallarının genişləndirilməsinə, sığorta portfelinin zərərlilik dərəcəsinin tənzimlənməsinə, əməliyyat fəaliyyəti üzrə mənfəət generasiyasına, yeni korporativ standartların tətbiqinə, bununla yanaşı qarşıya qoyulan bütün hədəflərə nail olub. Maliyyə göstəriciləri ilə yanaşı şirkət şimal və cənub regionlarında yeni filialların, eləcə də yeni iş yerlərinin açılmasını təmin etmiş və satış coğrafiyasını daha da genişləndirib.
Regionlarda və Bakıda fəaliyyət göstərən satış nümayəndələrinin işlərini peşəkarlıqla yerinə yetirməsi nəticəsində 2018-ci ilin ilk 10 ayı ilə müqayisədə şirkətin yığımlarında artım müşahidə olunmuşdur. Belə ki, 2018-ci ilin 10 ayında 5 253 237,03 manat sığorta haqqı toplayan şirkət, 2019-cu ilin 10 ayında 5 996 178,58 manat sığorta haqqı toplaşıb. Şirkətin effektiv idarəetmə siyasəti, zərərliliyin düzgün tənzimlənməsi və zərərli fəaliyyət növlərindən geri çəkilməsi nəticəsində sığorta ödənişləri də azalıb. Belə ki, 2018-ci ilin 10 ayı üzrə 2 726 412,69 manat sığorta ödənişi edən şirkət 2019-cu ilin 10 ayında 1 497 994,45 manat sığorta ödənişi edərək fəaliyyətini uğurla davam etdirib.
Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 27 ili əhatə edir. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir.