Bəzi KİV-lərdə Milli Məclisin deputatı Yevda Abramovun dünyasını dəyişməsi ilə bağlı məlumatlar yayılıb.
Unikal.org xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, Yevda Abramovun vəziyyəti ağır olsa da, həyatdadır.
Xatırladaq ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini, millət vəkili Yevda Abramov bir müddətdir xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunur.