Sumqayıtda yeni istifadəyə verilmiş Muğam Mərkəzində ilk tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Zakir Fərəcov çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı həyata keçirilən işlərin nəticəsində Sumqayıt inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Hansı ki, bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək.
Şəhər rəhbəri son illər Sumqayıt şəhərində həyata keçirilmiş layihələrə nəzər salıb, gələcək prespektivlərdən danışıb.
Vurğulanıb ki, son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda muğamın təbliğinə dövlət səviyyəsində yüksək diqqət göstərilir. Bu baxımdan son dövrlərdə yaradılan Muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var.
Tədbirdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş şəhər sakinlərinə mükafatlar təqdim olunub.
Tədbir konsert proqrqmı ilə davam edib. Tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib.