Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus İstanbuldakı tarixi villa satışa çıxarılıb.  

Unikal.org "Takvim"ə istinadən xəbər verir ki, 17 milyon funt sterlinq (təxm: 5 milyon AZN) dəyərində satışa çıxarılan 300 illik tarixi malikanənin alıcısının çox olduğu açıqlanıb. 
Xəbərdə bildirilir ki, İstanbulun Boğazının bənzərsiz gözəlliyi dünyanın diqqətini çəkir. Həmin malikanə tarixi binaların olduğu,  yerli və xarici vətəndaşlar tərəfindən böyük maraqla qarşılanan bölgədə yerləşir. 

Birinci dərəcədə tarixi abidə hesab edilən villanın Osmanlı Dövründə inşa edildiyi, sonra Azərbaycanlı iş adamı Hacı Zeynəlabidin Tağıyev tərəfindən satın alındığı açıqlanıb.

Artıq ilin müəyyən aylarında nəvələri tərəfindən istifadə edilən və 2400 kvadratmetrlik villada 5 otaq və 2 salonu var.