Bu günün rayonun Sığırlı kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.
Unikal.org xəbər verir ki, Sığırlı kənd tam orta məktəbində keçirilən qəbulda rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Ceyhun Cəfərov ölkə Prezidentinin Sərəncam və tapşırıqlarına əsasən Kürdəmir rayonunda Asan Xidmət Mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlərinin tikildiyini bildirdi. Rayon rəhbəri qeyd etdi ki, bu layihələrin icrası nəticəsində yeni iş yerləri açılır, bu da rayon sakinlərinin məşğulluğunun artırılmasına xidmət edir.
Səyyar qəbulda sakinlərin elektrik enerjisi və qaz təchizatı, içməli və suvarma su təminatı, örüş və torpaq məsələləri, təhsil, səhiyyə və digər məsələlərin həlli ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri barədə aidiyyəti təşkilatların rəhbərinə tapşırıqlar verilib, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapıb.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.