Azərbaycan-Gürcüstan birgə ali məktəbi Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşəcək.
Bu barədə Unikal.org-a Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu təhsil müəssisəsində istənilən xarici ölkənin vətəndaşı təhsil ala biləcək: "Yəni burada kimlərinsə təhsil almasına məhdudiyyətlər qoyulmayacaq. Amma, əsasən, Gürcüstanda Azərbaycan icmasından olan tələbələr təhsil alacaq".