Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya mitinqdə çıxışı zamanı bir neçə yumurta atılıb.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Poroşenko mikrofona yaxınlaşıb və “Ukraynaya eşq olsun!” qışqıran zaman kütlədən bir nəfər yumurta ilə eks-prezidenti hədəf alıb.

Yumurtalardan biri Poroşenkonun həyat yoldaşına dəyib, digərini isə deputatlardan biri əli ilə tutub.

Bundan sonra keçmiş prezident hadisəni törədən şəxsi tutmağı tələb edib.