Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Unikal.org xəbər verir ki, rayon sakinlərinin, bələdiyyə, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdiyi qəbulda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.
Səyyar qəbulda çıxış edən sakinlərin müxtəlif məsələlərlə əlaqədar problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, bəzi müraciətlərin həlli yerindəcə reallaşdırılıb və yaxud onlarla bağlı aidiyyəti səlahiyyətli şəxslərə konkret tapşırıqlar verilib, bəzilərinin həlli ilə bağlı isə müvafiq araşdırmalara ehtiyac duyulduğuna görə nəzarətə götürülərək, bu barədə vətəndaşlara ətraflı izahat verilib.