Moskvanın sabiq meri Yuri Lujkov vəfat edib.
Unikal.org rus mətbuatına istinadən bildirir ki, 84 yaşlı Y.Lujkov Moskvada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bildirilir ki, o, ürəyindən əməliyyat olunmalı idi.
Y.Lujkov 1992-ci ildən 2010-cu ilədək Moskvanın meri vəzifəsində işləyib.
Qeyd edək ki, Yuri Lujkov 1936-cı il sentyabrın 21-də Moskvada anadan olub. 1991-ci ilin iyulunda Moskvanın vitse-meri, 1992-ci ildə isə merı seçilib. 2010-cu ilin sentyabrında Rusiyanın NTV kanalında 2 sənədli film nümayiş etdirilib. Bu filmlərdə Lujkova qarşı ciddi ittihamlar irəli sürülmüşdür. 2010-cu il sentyabrın 28-də o vaxt Çində olan Rusiyanın prezidenti Dmitri Medvedyev müsahibəsində Lujkovu vəzifədən azad etdiyini bildirmişdir.