Dünyanın ən dəyərli şirkətlərindən biri olan “Apple” şirkəti bu dəfə fərqli bir xəbərlə gündəmə gəlib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, “Apple” gizli layihələrini və ticarət sirlərini oğurlayan 2 çinli işçisini federal məhkəməyə verib. Şirkət rəsmiləri həmin şəxslərin öz ölkələrinə qaçmaq ehtimallarının olduğunu və təqib edilməli olduqlarını bildirib.
Qeyd edək ki, məhkəməyə verilən 2 nəfər artıq “Apple” şirkətində çalışmırlar.