Rusiya Federasiyasının Yoşkar-ola şəhərindəki Povoljski Dövlət Texnologiya Universitetində “İnsan və cəmiyyət qlobal transformasiyalar çağrışı qarşısında” mövzusuna həsr olunan elmi konfrans keçirilib.Fəlsəfə, sosial, iqtisadi, pedaqoji, mexanika, informasiya texnologiyaları, inşaat, ekologiya və s. sahələri əhatə edən  aktual məsələlərin qloballaşma kontekstində analitik təhlilinə və müzakirəsinə həm xarici, həm də Rusiyanın nüfuzlu universitetlərindən onlarla alim,aspirant, magistrant qatılıb.

Unikal.org xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm və qonaqpərvərlik” fakültəsinin dekan müavini Emin Quliyevin “Azərbaycan-Rusiya münasibətlərinin bu ölkələrin sosial-iqtisadi inkişafına təsiri “mövzusunda məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

“İnsan və cəmiyyət qlobal transformasiyalar çağrışı qarşısında” adlı tədbirdə cəmiyyəti narahat edən məsələlərin səmərəli həllinə nail olunmasından ötrü davamlı elmi araşdırmaların aparılması, yekun nəticələrin müvafiq ali təhsil müəssisələrinin  tələbələri, magistrantları, aspirantlanları tərəfindən mənimsənilməsi qərara alınıb.