Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan ordusunun polkovniki Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib.
Unikal.org gununsesi.org-a istinadən xəbər verir ki, bu barədə polkovnikin yaxınları bildirib.
Onların sözlərinə görə, yaşadığı Beyləqan rayonuna qayıdan Vəlişov rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə CM-nin xuliqanlıq (221.3) maddəsi ilə həbs edilib.
Q. Vəlişov 6 ay əvvəl Silahlı Qüvvələrdən tərxis olunub.