Bakı metrosunda gənc oğlan relslərin üzərinə yıxılıb.
Bu barədə Unikal.org-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, hadisə bu gün səhər saatlarında metronun "Azadlıq prospekti" stansiyasında baş verib. Belə ki, 1999-cu il təvəllüdlü oğlan müvazinətini itirərək qatar yoluna yıxılıb.
"Dərhal xətlərdəki gərginlik dayandırılıb. Sərnişin stansiya yolundan çıxarılıb. Təcili tibbi yardım çağırılıb. Gənc oğlan həkimlərə epilepsiya xəstəsi olduğunu deyib. İlkin yardım göstərildikdən sonra sərnişin özünü yaxşı hiss etdiyini bildirib".