Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Unikal.org xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Sürücü, 1975-ci il təvəllüdlü Tərtər rayon sakini Qəhrəmanov Azər İsmayıl oğlu "Ford" tranzit markalı mikroavtobusla Ucar istiqamətimdə hərəkətdə olarkən qarşısında hərəkətdə olan "KaMAZ" markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə "Ford"dakı sərnişin, 1969-cu il təvəllüdlü Tərtər rayon sakini Qəhrəmanova Şəlalə Möhübbət qızı müxtəlif növ ağır bədən xəsarəti alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt bağlı araşdırma aparılır.