Bakıda 19 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində 2000-ci il təvəllüdlü Seyidov Amin Müşviq oğlu yolu keçərkən onu avtomobil vurub.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.