Bakıda ölüm hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-ci il təvəllüdlü Cəbrayılov Mehman Teyyub oğlu yaşadığı evdə ölü tapılıb.
Meyitin ilkin müayinəsi zamanı M. Cəbrayılovun narkotikdən zəhərləndiyi məlum olub.
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.