Bakının ən aktual probleminin pərdəarxsı
13:59 31-10-2012
İQTİSADİYYAT
Bakının ən aktual probleminin pərdəarxsı
Paytaxtın ictimai tualet dərdi niyə çözülmür?
Hər gün minlərlə adam işə, görüş yerinə gedir. Hər gün paytaxtımıza yüzlərlə turist gəlir. Həm paytaxt sakinləri, həm də Bakının qonağı olan turistlər, şübhəsiz, eyni bir problemlə üzləşmək məcburiyyətində qalır - ayaqyolu yoxluğu.
Deyək ki, şəhər sakinləri ayaqyolu müşkülünü nə cürsə həll edir. Bəs turistlər? Gün ərzində paytaxtı dolaşan xarici qonaqlar təbii ehtiyaclarını ödəmək üçün hara üz tutmalıdır?
BMT-nin araşdırmalarına görə, dünyada 2,5 milyard insan ayaqyolu problemindən əziyyət çəkir. Bu rəqəmdən Bakının payına düşən statistika mübhəhdir.
Sahil bağında, Nizami küçəsi, Elmlər Akademiyası həndəvərində tualetlər artıq var. Amma şəhərin ən böyük gəzinti guşələrindən biri sayılan Fəvvarələr bağında mövcud olmuş ictimai ayaqyolunu təmir dövründə lüzumsuz bildilər.
Son illər Bakı şəhərində istirahət parklarının sayı artıb. Lakin bu istirahət məkanlarında aparılan abadlıq və yenidənqurma işləri zamanı nədənsə ayaqyolu tikmək unudulur. İndi paytaxtın əksər parklarında gəzişənlər ayaqyolu problemi yaşayır...
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin direktor köməkçisi Sabit Hüseynov bu problemin həllinin idarənin səlahiyyətində olmadığını söyləyib. Halbuki, mahiyyəti etibarilə məsələ məhz Mənzil-Kommunal Təsərrüfatı Departamentinə aiddir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məsələ ilə bağlı modern.az-a açıqlamasında bildirib ki, bununla əsasən Bakı Şəhər İcra Hakimiyyəti məşğul olmalıdır. AİB sədrinin sözlərinə görə, son illər bir neçə yerdə, o cümlədən keçmiş "Malakan" bağı deyilən yerdə ayaqyolları ləğv olunub: "Səyyar və stasionar tualetlər olmalıdır. İsanların sıxlığı nəzərə alınmalıdır və BŞİH bununla bağlı plan tərtib etməlidir. Ən nəhayət, Azərbaycanda tualet mədəniyyəti formalaşmalıdır".
E. Hüseynov bildirib ki, ictimai ayaqyolları, o cümlədən bununla bağlı mədəniyyət Azərbaycanda həddindən artıq pis vəziyyətdədir. Birlik sədrinin sözlərinə görə, təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyi hazırda ayaqyoluların istifadəyə verilməsi ilə bağlı layihə üzərində işləyir: "Azərbaycan ayaqyolu sıxlığına görə, Kanadadan təxminən 50 dəfə geri qalır. Ölkəmizdə restoranların, kafelərin təxminən 90%-nin ayaqyolu var, amma onlardan yalnız bu obyektlərə daxil olan müştərilər istifadə edə bilirlər. Dünyanın bir çox ölkələrində isə insan istənilən kafe və restoranda tualetə getmək üçün yaxınlaşsa, onun üçün qapı açıqdır. Tualetə getmək istəyən insan təmənnasız şəkildə istədiyi kafe və iaşə obyektindən istifadə edə bilər. Azərbaycanda bu mədəniyyətdə həddən artıq geridədir".
Anar Kəlbiyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00