Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyli Günü və Yeni il bayramı əlaqədar olaraq hazırlıq tədbirləri davam etdirilir.

Unikal.org report-a istinadən xəbər verir ki, hazırlıq işləri çərçivəsində şəhərin müxtəlif yerlərində şam ağacları və dekorativ bəzək əşyaları qurulub və paytaxt ərazisində bayram əhval-ruhiyyəsi yaradılıb:

“Əlavə olaraq rayon ərazilərində bayram əhval-ruhiyyəsinin ən yüksək səviyyədə təşkil edilməsi məqsədiylə Bakın şəhərinin rayon icra hakimiyyətlərinə tərəfimizdən müvafiq tövsiyələr verilib. Bu il Azadlıq meydanında “Formula 1” yarışlarının konstruksiyalarının mövcudluğuna görə Şam ağacı qurulması mümkün olmadı. Amma Neftçilər prospekti boyunca və Azneft dairəsində dekorasiya işləri tamamlanmaq üzrədir. Yeniliklər barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Yeni il yolkaları paytaxtın mərkəzi yerləri ilə yanaşı, rayonların ərazisindəki park və bağlarda quraşdırılacaq.