65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov bu gün Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.
Unikal.org xəbər verir ki, qəbulda həm səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən vətəndaşlar, həm də Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər iştirak edib. Müraciət edən vətəndaşlar xroniki xəstəliklərin müalicəsi, müxtəlif ağır cərrahi əməliyyatlar və s. üçün komitə sədrindən köməklik istəyiblər.
Seçicilər əsasən sosial problemlər, işlə təmin olunma ilə bağlı müraciətlərini deputata çatdırıblar. Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirib.