Xəbər verdiyimiz kimi, Bakıda polisin saxladığı qolu qandallı şəxs xəstəxanadan qaçıb.
Unikal.org hadisənin təfərrüatlarını öyrənib.
Belə ki, Bərdə rayon sakini 36 yaşlı Sadıqov Elgün Şakir oğlu inzibati xəta törətdiyinə görə Xətai Rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə həbs olunub. Binəqədi rayonunda yerləşən inzibati qaydada həbs olunanların müvəqqəti saxlanılma yerinə göndərilərkən o, Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlama otağına aparılıb. E.Sadıqov burada çay qaşığını udub. Dərhal E.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Polis nəzarəti ilə o, həkimlərə təhvil verilib. Əməliyyat olunmazdan qabaq mobil telefonla ailə üzvlərinə zəng etmək məqsədi ilə o, xəstəxananın 2-ci mərtəbəsindəki əlavə çıxışdan qaçaraq, xətəxananı tərk etməyə cəhd göstərib. Bu zaman ərazidə olan polis əməkdaşları tərəfindən E.Sadıqov saxlanılaraq, yenidən həkimlərə təhvil verilib.
Hüseyn İsgəndərov