Azərbaycanlı kişi 36 yaşlı özbək qadını ailə qurmaq adı ilə aldadıb Bakıya gətizdirib.
Unikal.org xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən Nərgiz adlı qadın deyib. O, qeyd edib ki, 36 yaşı var:
"Özbəkistanda yaşayıram. 2015-ci ildə Anar İbrahimov adlı bir nəfər məni aldadıb buraya gətirdi. Mənə bir qadının şəkili göstərib dedi ki, anamdır. Sonradan bildim ki, anası deyil. Biz onunla "Odnoklassnik"də tanış olduq. Mən buraya gələndə Anar atamla danışdı ki, qızını sevirəm. Onunla ailə qurmaq istəyirəm. Yenidən mən Bakıya gələndə bir ev tutdu. Mənə dərman verib zorladı. Sonradan bilmişəm ki, o mənimlə cinsi münasibətdə olub.
Mən bir neçə ali məktəb bitirmişəm. Atam baş həkim olub. Hazırda 7 aylıq hamiləyəm. Anar hamilə vəziyyətdə məni qoyub qaçdı. O, məndən pul da alıb. Birinci dəfə 1800, ikinci dəfə 350 dollar almışdı. 200 dollar da pulumu evdən oğurlayıb. Tək aldadılan qadın mən deyiləm. Anar bir neçə qadını bu formada aldadıb pul alıb. Sonradan bilmişəm ki, Anar ailəlidir. Dostu vasitəsi ilə öyrənmişəm ki, o saxtakar evlidir. Anar məni döyürdü ki, anana denən mənə pul göndərsin. 3 ildir ki, Bakıdayam. O məni hamilə vəziyyətimdə döyür, söyür. Başımdan vuraraq mənə çörək verir. O başqa qadını da aldadıb deyib ki, anam ölüb. Mənə anamın dəfni üçün pul lazımdır".