Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 20 dekabr 2019-cu il tarixində Qusar şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan Qusar rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.

Unikal.org xəbər verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı Qusar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 19 dekabr 2019-cu il tarixində saat 09:00-da başlayacaq.

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən 20 dekabr 2019-cu il tarixində Quba şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan Quba rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzinin binasında 20 dekabr 2019-cu il tarixində saat 09:00-da başlayacaq.

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən 20 dekabr 2019-cu il tarixində Xaçmaz şəhərində, nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında saat 11:00-dan Xaçmaz rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı Şimal Regional Mərkəzinin inzibati binasında 20 dekabr 2019-cu il tarixində saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.