Quba rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Unikal.org xəbər verir ki, 2002-ci il təvəllüdlü Heybətova Validə Zaur qızı hamamda dəm qazından zəhərlənib. O, dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır.
Faktla bağlı araşdırmalar davam etdirilir.