Space Tv-də Amil Xəlilin «Gəl dərdini danış» verilişində iştirak edən Etibar adlı şəxs kürəkəni Elnur tərəfindən döyüldüyünü bildirib.

Unikal.org xəbər verir ki, onun sözlərinə görə 2 uşaq anası Fərqanə Elnurun evində «dustaq» kimi saxlanılıb. Ata heç vaxt qızını görməyə gedə bilmədiyini bildirib. Bir gün qızı ilə görüşə gedən ata kürəkəni tərəfindən döyülüb. İddialara görə hadisə rayonun «qarabağlılar»  kəndində baş verib. 

Məsələ ilə bağlı Elnur da verilişə qoşulub. O, qayınatasının dediklərinin tam əksini danışıb. «Əksinə o məni döyüb» deyə kürəkən bildirib. Qeyd edək ki, hadisədən sonra iki uşaq anası gecə saatlarında evi tərk edərək Lənkərana qaçıb.

Qeyd edək ki, veriliş həftə içi hər gün saat 12:50 də Amil Xəlilin təqdimatında yayımlanır