Bu gün səhər “Bakı Metropoliteni”ndə qatarlar gecikməklə hərəkət etdiyindən stansiyalarında sərnişin sıxlığına səbəb olub.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat katibi Bəxtiyar Məmmədov Unikal.org-a açıqlamasında sıxlığın səbəbini açıqlayıb:
"Bu gün səhər saat 07:00 radələrində Bakı metrosunun "İçərişəhər" stansiyasında qatarda texniki nasazlıq baş verib. Qatar depoya göndərilsədə, nəticədə "İçərişəhər" və digər istiqamətlərdə qatarların hərəkətində 8 dəqiqə asında interval yaranıb.
Bu da metronun stansiyalarında sıxlığa səbəb olub".
Metro rəsmisinin fikrincə, hazırda dispetçerlər iki qatar arasında intervalın əvvəlki vəziyyətə gətirilməsi və ümumi qrafikin normaya salınması işləri ilə məşğuldurlar. Məsələ ən qısa müddətdə həllini tapacaq.