Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Azər Məmmədov təyin edilib.
V.Eyvazovun digər əmri ilə polis mayoru Fəxrin Bektaşi Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.