Bu gün Bakı şəhərinin Qaradağ rayonunun Sanqaçal qəsəbəsində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun iştirakı ilə yeni salınmış abad məhəllənin və 150 nəfərlik xeyir-şər evinin açılışında olmuşdur. Keçirilmiş səyyar görüşlər olan “açıq mikrofon”da 80-dən çox qəsəbədə sakinləri iştirak edib.
Unikal.org xəbər verir ki, tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.
Açılış mərasimində çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, ulu öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə Başçısının yerli İcra Hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunublar.
Yeni salınmış abad məhəllə orada yerləşən çoxmərtəbəli bina sakinlərinin istifadəsinə verilmişdir. Bu məhəllədə olan binaların dam örtüyü təmir edilmiş, yeni asfalt örtüyü salınmış, bordürlar quraşdırılmışdır. Bloklarda, binaların fasadlarında emulsiya işləri görülmüş, küçə işıqları, blok işıqları quraşdırılmışdır. Əlavə olaraq uşaq meydançaları, kölgəliklər burada yaşayan ailələrin asudə vaxtlarını keçirmək üçün quraşdırılmışdır. Ətrafda yaşıllaşdırma işləri aparılmış, ərazi yaşıllaşdırılmış, ağac və gül kolları əkilib.
Açılış mərasimində iştirak edən ağsaqqallar burada yaşayan 150 yaxın ailə adından çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd etdilər.
Çıxış edən sakinlər nümunəvi abad məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırdılar.
Görüşdə çıxış edən 8 nəfər sakin onları narahat edən məsələlərin həlli üçün müraciət etdilər və onların qaldırdıqları problemlərin həlli istiqamətində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aidiyyəti üzrə rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.