Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.Müşavirədə ölkə başçısına bu il pambıqçılıq sahəsində görülmüş işlərlə bağlı məruzə edilib.
Dövlətimizin başçısı müşavirədə yekun çıxışında dedi ki, bu ilin nəticələri onu çox sevindirir: “Əsas məsələ ondadır ki, biz pambıqçılıqda da düzgün müəyyən edilmiş hədəflərin həyatda reallığa çevrildiyini görürük. Pambıqçılıq yenə də gəlirli, əməktutumlu sahəyə çevrilib və ölkə iqtisadiyyatına, o cümlədən makroiqtisadi vəziyyətin sabit qalmasına, manatın məzənnəsinin möhkəmlənməsinə və sabit qalmasına müsbət təsir göstərir”.
Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirəsi ölkə ekspertləri tərəfindən də yüksək qiymətləndirilib.
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, deputat Rüfət Quliyev Unikal.org-a açıqlamasında gələcəkdə bu sahədə daha böyük tərəqqi əldə ediləcəyini bildirib:
Rüfət Quliyev
“Azərbaycanda son illər ərzində kənd təsərrüfatı sektorunda çox böyük nailiyyətlər əldə edilib. Bu da ölkə başçısının bu sahəyə diqqət və qayğısının nəticəsidir. Belə ki, bu inkişaf pambıqçılıq sahəsinə də aiddir. Prezident hər zaman çıxışında 35-40 il bundan əvvəl ölkəmizdə pambıqçılıq sahəsinin inkişafının yüksək olduğunu xatırladıb və müqayisə edib. Deyib ki, vaxti ilə belə olub, indi də belədir. Bu müqayisəni niyə edir? Çünki bizim bu sahədə böyük praktikamız və uğurlarımız olub. Onu da qeyd edib ki, ölkəmizin coğrafi mövqeyi də buna imkan verir. Əksinlər, pambığı təhvil (satmaq) versinlər. Pambıq həqiqətən də ağ qızıldır. Amma təəssüflər olsun ki, müstəqil formada insanlar pambıqçılıq sahəsini inkişaf etdirə bilmədilər. Bu proses də dövlət rəhbərini də qane etmədi.
Ölkədə pambıqçılıq sahəsinin son 3 ili çıxmaq şərtilə, inkişaf etməməsinin obyektiv və subyektiv səbəbləri var.
Pambıq mahılıcı dünya birjasında alınıb-satılan bir məhsuldur. Bunun da ən güclüsü Londondadır. Təbii ki, qiymətlərdə böyük fərqlər var. Deyə bilərəm ki, 25 il bundan əvvəl pambıq mahılıcının qiyməti çox yüksək idi. Növbəti illərdə bu məhsul çox ucuzlaşdı. Bu da digər ölkələrdə olduğu kimi, azərbaycanda da bu sahəyə olan marağı qismən azaltdı. Dünyada pambıq alveri ilə 4-5 şirkət məşğul olur. Bir çox ölkələrdə bu şirkətlərin maliyyə dəstəyi ilə pambıq əkilir. Əvəllər bu şirkətlər tərəfindən azərbaycan pambığına olan təlabat azaldığından satış da azalmışdı. Ölkəmizdə o vaxt gedən proseslər də göstərirdi ki, bu sahənin inkişafı üçün mütəşəkkil işlər qurulmamışdı. Nəticədə əkin sahələri azaldı. Bununla belə ölkəmizdə bu sahədə texnoloji avadanlıqların köhnə olması səbəbindən pambıq mahılıcı dünya birjasında dəyərindən ucuz qiymətə başa gəlirdi.
Bütövlükdə Azərbaycan dövlətinin bu sahədə siyasəti pambığı emal edib, xaricə hazır məhsul kimi satmaqdır. Belə olduğu təqdirdə bu, ölkəmiz üçün daha sərfəli və gəlirli sahə olacaq. Digər tərəfdən, bu sahədə çalışan insanların da sayı və gəliri çox olacaq. Bunların hamısı zəncirvari məsələdir.
Məhz buna görə də, ölkə başçısı İlham Əliyevin təşəbbüsü və səyi nəticəsində dövlət bu sahənin inkişafına dəstək verməyə başladı. Bundan sonra ölkəmizdə üzümçülük, baramaçılıq və digər sahələr də paralel olaraq inkişaf etdiriləcək. Hazırda bu sahə dövlət tərəfindən nəzarətə götürülüb, fermerlərə bütün lazımi köməkliklər edilir, subsidiyalar ayrılır. Hazırda rəqabətə görə, pambığı xammal kimi satmaq bizə daha sərfəlidir. Amma yenə də deyirəm ki, dövlətin strategiyası ondan ibarətdir ki, heç olmasa Azərbaycanın özündə pambıq emal edilsin.
Cənab prezident ümumilikdə müşavirədə son üç ildə pambıqçılıq sahəsinin inkişafından razı qaldığını bəyan etdi. Mən bunu qələbə adlandırıram. Bizim son illər pambıqçılıq sahəsində də uğurlarımız çox yaxşı oldu. Bu gün ölkəmizdə pambıqçılıq sahəsinin inkişafı minlərlə insanın gəlir mənbəyinə çevrilib. Hazırda onlarla zavod var ki, pambığı istifadə edib mahlıc düzəldirlər.
Arzu edirik ki, bu proses daha da sürətlə getsin. Dövlət öz tərəfindən bu sahəyə hər cür şərait yaradıb. Bizim sahibkarlar, fermerlər yaxşı mənada daha aqressiv olsunlar”.
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Unikal.org-a açıqlamasında qarşıdakı illərdə pambıqçılıq sahəsinin daha da inkişaf edəcəyini bildirib.
Nicat Nəsirli
Onun sözlərinə görə, ölkə başçısı bu sahəyə böyük diqqət ayırır: “Son illər dövlət fermerlərə lazımi diqqət ayırır. Buna qədər pambıqçılıq sahəsi çox pis bir vəziyyətdə idi. Hazırda mövcud vəziyyət ondan ibarətdir ki, ölkə üzrə əkin sahəsi 100 min hektara çatıb. Orta hesabla məhsuldarlıq 15 sentnerdən 35 sentnerə çatıb. Açığı, nəticələr bu sahənin rentabelli olmasını şərtləndirmir. Çünki,pambıqçılıq texniki bitkidir. Texniki bitkiyə çəkilən xərclər maya dəyərindən hər zaman yüksək olur. Üstəlik bu cür bitkilərdən məhsuldarlıq almaq üçün torpağın münbitliyi vacibdir. Su bol olmalı, bitki mühafizəsi tədbirləri çox geniş əhatəli olmalıdır. Bu mənada pambıqçılığı rentabelli sahəyə çevirmək üçün müşavirədən də çıxan ən mühüm qənaət bundan ibarət oldu ki, artıq müasir texnologiyalar bu sahədə tətbiq olunmalıdır. Texnologiyalar bu sahənin həm xərc hissəsini öz üzərinə götürməlidir və eyni zamanda əlavə qazanc gətirməlidir. Müşavirədə ölkə başçısı da bildirdi ki, biz hazırda pambığı xammal halında satırıq. Pambıqçılıqla məşğul olan ölkələrdə heç də belə təcrübə yoxdur. Adətən sözügedən ölkələr pambıqdan ən azı 200 adda məhsul alırlar. Pambıq bu mənada rentabelli qiymətləndirilir. Biz də bir neçə ildir ki, pambıqçılıq sahəsini inkişaf etdiririk, amma çox az qazanırıq. İndi bizə lazımdır ki, pambıqçılığın emal sənayesi müasir şəraitdə qurulsun. Bizə bu emal sahəsini zəncirvari halda qurmaq vacibdir ki, qazancımız çox olsun. Ölkə başçısının tapşırıqlarından onu başa düşdüm ki, ən böyük məqsəd budur. Bu mənadə 3 istiqamətdə -texnologiyaların tətbiqi, resurslara qənaət olunması və pambıqdan daha çox əlavə gəlir əldə etməsini müşahidə edəcəyik.”
Sosialist Əməyi Qəhrəmanı, ali dərəcəli aqronom Fatma Hüseynova Unikal.org-a açıqlamasında deyib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində bu sahədə daha böyük uğurlar əldə olunacaq:
Fatma Hüseynova prezidentlə
“Mən ömrümün çox hissəsini pambıqçılıq sahəsinə həsr etmişəm. Bu sahənin necə inkişaf etdirilməsini çox yaxşı bilirəm. Hesab edirəm ki, cənab prezidentin bu sahəyə diqqət ayırması daha böyük inkişafa gətirib çıxaracaq. Mən bu il 30 hektar sahədən 165 ton pambıq istehsal etmişəm. Bu da hektarına 65 sentiner deməkdir. Sağlıq olsun, gələn il bundan da çox pambıq istehsal edəcəyik. Hörmətli Prezidentimizin qarşımıza qoyduğu tapşırığı və planı artıqlaması ilə yerinə yetirəcəyik. Mən, bu sahənin alimiyəm. Hazırda ölkəmizdə pambıq əkini üçün lazım olan bütün texnikalar var. Onu da deyim ki, mən fermerlər şurasının üzvüyəm. Ayda iki dəfə kənd təsərrüfatı naziri İnam Kərimovla görüşüb, çatışmayan məsələlər barədə məlumat veririk. Qaldırılan məsələlərlə bağlı İnam Kərimov nazirliyin üzərinə düşən işi dərhal yerinə yetirir”.
Amid Əyyuboğu