Bu il yükdaşıma və sərnişindaşıma artıb.
Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2019-cu ilin yanvar-noyabr aylarında 212,8 milyon ton yük, 1856,2 milyon sərnişin daşınıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,6 faiz, sərnişin daşınması isə 2,5 faiz artıb. Yüklərin 65,9 faizi avtomobil, 25,0 faizi boru kəməri, 6,5 faizi dəmir yolu, 2,5 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 88,1 faizi avtomobil, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növlərindən istifadə edib.