Prezident İlham Əliyevin 24 dekabr doğum günü münasibəti ilə bir sıra dövlətlərin prezidentləri, sabiq rəhbərləri, nümayəndələri ona təbrik məktubu ünvanlayıblar. 

Unikal.org xəbər verir ki, Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevdən:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına Sizin böyük şəxsi töhfənizi qeyd etmək istərdim. Sizin daimi diqqətiniz sayəsində iqtisadi-ticari və investisiya sahələrində qarşılıqlı əlaqələr möhkəmlənir, energetika, sənaye, yüksək texnologiyalar, elm, mədəniyyət və başqa sahələrdə iri müştərək layihələr həyata keçirilir.

Əminəm ki, qarşılıqlı faydalı əməkdaşlıq kompleksinin daha da genişlənməsi, yeni təşəbbüslərin və proqramların həyata keçirilməsi Rusiyanın və Azərbaycanın mənafelərinə tam uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Qeyd etmək xoşdur ki, qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişafda böyük uğurlar qazanır və beynəlxalq arenada öz nüfuzunu durmadan möhkəmləndirir.

Bu yaxınlarda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Sammiti çərçivəsində Sizinlə görüşümü böyük səmimiyyətlə xatırlayıram. O vaxt etimada əsaslanan açıq danışıqlar zamanı Türkmənistan-Azərbaycan dostluğunu və əməkdaşlığını bundan sonra da inkişaf etdirməyə qarşılıqlı səyimiz və buna hazır olmağımız bir daha təsdiqləndi. Qəti əminəm ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi xoşbəxtlik və firavanlıq, Azərbaycan Respublikasının qardaş xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar diləyirəm."

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovdan: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə inkişaf yolu ilə qətiyyətlə irəliləyir.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri Sizin dəstəyinizlə bundan sonra da xalqlarımızın rifahının yaxşılaşmasına böyük töhfə verəcək.

2019-cu il oktyabrın 14-də Bakıda görüşümüzü səmimiyyətlə xatırlayıram və Sizin Qırğız Respublikasına səfərinizi gözləyirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm."

Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmondan:  "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və qardaş Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Bu gün dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, xalqın rifahının durmadan yüksəldilməsinə yönəlmiş mühüm dəyişikliklər həyata keçirir. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq arenada nüfuzu gündən-günə daha da möhkəmlənir.

Əminəm ki, sıx etimada əsaslanan siyasi dialoqumuz bundan sonra da Tacikistan ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin xalqlarımızın maraqlarına uyğun surətdə hərtərəfli inkişafına və dərinləşməsinə şərait yaradacaq".

Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskudan: "

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Mən, həmçinin bu xoş fürsətdən istifadə edib yarandığı gündən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Sizin liderliyiniz sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi son illər dünyanın tanınmış qurumlarından birinə çevrilib. Mən qəti olaraq inanıram ki, Sizin himayənizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bundan sonra daha da inkişaf edəcək, sülh və qarşılıqlı anlaşmanın təşviqi, eləcə də gənc nəslin mədəni, etnik və dini kimliyinin təhsil vasitəsilə inkişaf etdirilməsi kimi məqsədlərinə milli və beynəlxalq səviyyədə nail olmaq istiqamətində səylərini davam etdirəcəkdir.

Mən xüsusilə Sizin himayənizlə keçirilən Qlobal Bakı Forumunu çox yüksək qiymətləndirirəm. Mən bu forumların hamısında iştirak etmişəm. Bu Forum Nobel Sülh Mükafatı laureatlarını, dünyanın yüksək nüfuzlu elm və mədəniyyət xadimlərini, demokratik siyasi liderləri və gənc nəslin nümayəndələrini bir araya toplamaq üçün gözəl imkandır. Mən Azərbaycanda keçiriləcək növbəti mühüm tədbirlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm."

Xorvatiya Respublikasının sabiq Prezidenti İvo Yosipoviçdən: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə təbrik edim. Mən Xorvatiya Respublikasının Prezidenti (2010-2015) kimi Sizinlə Bakıda və Zaqrebdə görüşmək şərəfinə nail olmuşam. Ölkələrimiz arasında qədim dövrlərdən çox yaxşı münasibətlər və əməkdaşlıq əlaqələri mövcud olub. İndi mən sabiq Prezident kimi beynəlxalq əməkdaşlığı və inkişafı təşviq edən çox əhəmiyyətli bir təşkilatın - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüyəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin yüksək dəstəyiniz sayəsində beynəlxalq arenada əhəmiyyətli rola malikdir. Azərbaycanın uğurlarını uzun illərdir izlədiyimə görə deyə bilərəm ki, gözəl ölkənizin inkişafı məni həqiqətən də heyran edir. Bu inkişaf Sizin müdrik liderliyiniz sayəsində mümkün olub.

Hörmətli cənab Prezident, ümidvaram ki, Siz ölkənizə hələ uzun illər bundan sonra da rəhbərlik edəcəksiniz. Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, ölkənizə isə daha böyük uğurlar arzulayıram. Ad gününüz mübarək".

Livan Respublikasının sabiq Prezidenti Amin Cemayeldən: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin, doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırım və qarşıdan gələn ilin uğurlu olmasını diləyim. Ümidvaram ki, Yeni il Sizə, ailənizə və ölkənizə sülh və tərəqqi gətirəcək.

Mən, həmçinin bu xoş fürsətdən istifadə edib Azərbaycan ilə sıx əlaqələrimin olduğunu bildirmək istəyirəm. Bu əlaqələr Sizin ölkənizə çoxsaylı rəsmi və işgüzar səfərlər, eləcə də təməlini qoyduğum və rəhbəri olduğum, dünyada demokratiya və azadlığı təşviq edən “Masion du Futur” beyin mərkəzi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasındakı tərəfdaşlıq münasibətləri sayəsində daha da möhkəmlənib.

Biz Sizin ölkənizin tolerantlıq, mədəni mübadilə və təhsil vasitəsilə sülhün, tərəqqinin, ədalətin təşviqi istiqamətindəki dəyər və prinsiplərini dəstəkləyirik.

Mən bu dəyərləri və prinsipləri qətiyyət və əzmkarlıqla təbliğ etməkdə qərarlıyam. Ümidvaram ki, ortaq məqsədlərimizə xidmət naminə birgə fəaliyyətimizi və bütün səviyyələrdə əməkdaşlığımızı davam etdirəcəyik. Tanrı Sizi qorusun".

MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedevdən: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Vətənin rifahı naminə səmərəli əməyiniz, işgüzar və şəxsi keyfiyyətləriniz, mürəkkəb məsələləri effektiv həll etmək bacarığınız haqlı olaraq Sizə ictimai nüfuz və dərin hörmət qazandırıb.

Doğma Azərbaycanda və onun hüdudlarından kənarda Sizi ölkənin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərini müəyyən etməyi bacaran, zəngin biliyini və təcrübəsini ölkənin firavanlaşmasına və əhalinin rifahının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı proqramların həyata keçirilməsinə sərf edən səriştəli və məsuliyyətli lider kimi tanıyırlar.

Bu xoş fürsətdən istifadə edərək, Sizə MDB məkanında inteqrasiya proseslərinə daimi diqqətinizə görə səmimi minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar arzulayıram."

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevdən: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Sizi doğum gününüz münasibətilə təbrik edim.

Siz müdrikliyiniz və əzmkarlığınız sayəsində güclü və firavanlaşan Azərbaycan dövlətinin qurulmasına böyük töhfə vermisiniz, xalqınızın yüksək etimadını doğruldaraq onun görkəmli liderinə çevrilmisiniz.

Siz Azərbaycan Respublikasının dünyada nüfuzunun möhkəmlənməsi üçün çox iş görmüsünüz. Rusiya ilə tarixən yaranmış dostluq əlaqələrinin daha da inkişaf etməsində, qardaş xalqlarımız arasında dialoqun genişlənməsində və qarşılıqlı hörmətin artmasında Sizin danılmaz xidmətləriniz vardır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və qurucu fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləklərimi qəbul edin".

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərlik istedadınız, siyasi müdrikliyiniz və uzaqgörənliyiniz, ölkənizə sədaqətlə xidmət etməyiniz və əsil liderlik keyfiyyətləriniz sayəsində Azərbaycan sanballı uğurlar qazanır. Siz atanız, Azərbaycan xalqının böyük oğlu və ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin şanlı işlərini ləyaqətlə davam etdirirsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası vətəndaşların rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi dəyişikliklər yolu ilə inamla irəliləyir.

Dağıstanlılar xalqlarımız arasında qardaşlıq münasibətlərinin inkişafı məsələlərinə göstərdiyiniz daimi diqqətə görə Sizə minnətdardırlar.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan Respublikasının inkişafı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar diləyirəm."

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerdən: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Ölkənizin, cəmiyyətinizin və idmanınızın qazandığı nailiyyətlərə görə Sizi təbrik edirəm. Bütün bu illər ərzində Siz idmanın ölkəniz üçün prioritet olduğunu sübut etmisiniz və mən bunu yüksək dəyərləndirirəm. Azərbaycanda idmanın inkişafına və çoxsaylı beynəlxalq yarışların keçirilməsinə dövlət dəstəyi dünyanın idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Zati-aliləri, Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, bol-bol uğurlar arzulayıram."

10:30

***

15:36

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında Sizi öz xalqının rifahı naminə çalışan təcrübəli dövlət xadimi kimi tanıyırlar. Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafda sanballı uğurlar qazanıb, tərəqqi və quruculuq yolu ilə inamla irəliləyir.

Biz Sizi Rusiyanın böyük dostu, strateji tərəfdaşlığımızın, müxtəlif sahələrdə, o cümlədən parlament xətti ilə ikitərəfli faydalı əməkdaşlığımızın möhkəmlənməsi kursunun davamçısı hesab edirik.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və firavanlıq diləyim.

Sizə yüksək ehtiramıma əmin ola bilərsiniz".

Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçdən: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə nailiyyətlər arzu etməkdən şərəf duyuram.

Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar arzulayıram.

Mən Azərbaycan və Xorvatiya arasında qarşılıqlı maraq doğuran bir çox sahələrdə, xüsusən də iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsi üçün gələcək əməkdaşlığımızı və görüşlərimizi səbirsizliklə gözləyirəm. Hesab edirəm ki, Xorvatiya və Azərbaycan şirkətləri arasında daha yaxşı əməkdaşlığı təşviq etmək, qarşılıqlı investisiya qoyuluşlarına marağı stimullaşdırmaq xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirirəm".