Mərkəzi Seçki Komissiyası sosial şəbəkələrdə bələdiyyə seçkiləri ilə bağlı yayılan görüntüləri araşdırmağa başlayıb”.

Unikal.org xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, sosial şəbəkələrdəki görüntülər ciddi araşdırılacaq: “Heç kimə hüquq verilməyib ki, Azərbaycan seçicisinin hüququna müdaxilə edilsin. MSK sosial şəbəkələrdəki görüntüləri ciddi şəkildə araşdıracaq və nəticələrini ictimailəşdirəcək”.

MSK sədri deyib ki, seçkilərlə bağlı müraciətlər ilk növbədə dairə seçki komissiyalarına (DSK) ünvanlanmalıdır: “DSK-da müraciət barədə qərar qəbul edildikdən sonra MSK-ya müraciət etmək olar. Əgər namizədlər müraciətlərə tez baxılmasını istəyirlərsə, ilk növbədə DSK-lara müraciət etməlidirlər. DSK-nın qərarından narazı qalsalar, MSK-ya müraciət etsinlər. Sosial şəbəkələrdə 10-15 bələdiyyə ilə bağlı görüntülərə rast gəlinib.