Eldar Əzizovun alimliyi də varmış
12:37 01-11-2012
İQTİSADİYYAT
Eldar Əzizovun
alimliyi də varmış
İcra başçısının tərcümeyi-halında onun elmi fəaliyyəti ilə bağlı heç nə yoxdur
Azərbaycanda iri vəzifəlilərin "alimliyə" iddia etməsi təzə xəbər deyil. Bir çox məmurların o qədər işin-gücün içərisində dissertasiyalar yazıb, elmi dərəcələr almaq kimi bir "qabiliyyəti" xeyli vaxtdır.
Dünən isə belə bir elmi fərasətin Sumqayıtın icra başçısı Eldar Əzizovda təcəlla etdiyini öyrəndik. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Sumqayıtın icra başçısının "Difai" kitabının elektron versiyası internetdə yerləşdirilib. Kitab XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəblərindən bəhs edir. Deyilənə görə, icra başçısı bu kitabı hazırlamaq üçün 3 ilə yaxın əziyyət çəkib.
Adətən məmurların elmi dərəcələri, "müdafiə etdikləri" dissertasiya işləri və kitabları haqqında bir şübhə əhval-ruhiyyəsi olur, onların yazdıqlarının gerçək müəlliflərinin bir başqası olduğu fikri önə çıxır. Eyni fikir Eldar Əzizovla da bağlı söylənə bilərmi?
Bu suala cavab tapmaq üçün Sumqayıtın icra başçısının elə rəhbərlik etdiyi qurumun rəsmi saytındakı tərcümeyi-halını axtarıb tapdıq. Tapdıq ki, baxaq görək Əzizovun indiyədək hər hansı elmi fəaliyyətlə məşğul olduğuna dair məlumat əldə edə biləcəyikmi?
Bu da Eldar müəllimin Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmi saytındakı tərcümeyi halı: "1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini (nədənsə hansı ixtisas üzrə - bax bu göstərilməyib - red.) fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Azərbaycan LKGİ-da metodist, təlimatçı və sektor müdiri vəzifələrində çalışıb. 1984-cü ildən Azərbaycan LKGİ 26 Bakı Komissarları rayonunun komsomol komitəsində, 1987-ci ildən Azərbaycan LKGİ Bakı şəhər komitəsində birinci katib, 1989-cu ildən Azərbaycan LKGİ Mərkəzi komitəsində, 1990-cı ildən Azərbaycan TUKGİ Mərkəzi komitəsində, 1990-cı ildən Azərbaycan TUKGİ Mərkəzi komitəsində, 1991-ci ildən Azərbaycan Gənclər İttifaqında katib, 1998-ci ildə Azərbaycan Respublikası Seçki komissiyası Katibliyinin Beynəlxalq əlaqələr İdarəsində şöbə müdiri, 1999-cu ildən Bakı şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini, həmin ilin iyun ayından Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur. 2011-ci ilin fevral ayından Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısıdır".
Göründüyü kimi, orada Əzizovun elmi fəaliyyətlə məşğul olması barədə bir cümləyə də rastlanmır. O heç bir elmi titula sahib olmadığı kimi indiyədək heç bir elmi vəzifə də daşımayıb və sadəcə, bürokratik işlə məşğul olub.
Doğrudur, tərcümeyi-halın lap sonunda bir cümlə də var: "Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Difai" kitabının və 200-dən artıq məqalənin müəllifidir".
Amma bu da Əzizovun elmi qabiliyyətlərinin olması barədə düşünməyə əsas yaratmır, çünki 200- dək məqalənin elmi məqalə olduğuna da işarə edilməyib, üstəlik, onlar elmi məqalələr olsa, niyə Eldar Əzizov sadəcə, Jurnalistlər Birliyinin üzvü olsun, Elmlər Akademiyasının da heç olmasa müxbir üzvü olmazdımı?
Nə isə, bunlar bizdə yaranan suallardır, amma inanaq ki, Eldar Əzizovun "Difai" kitabı həqiqətən də onun 3 illik zəhmətinin məhsuludur.
Könül Əkbər
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00