Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilir.
Unikal.org-un məlumatına görə, iclasda partiyanın fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı müzakirələrdən sonra təsdiq olunacaq.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.