“Bu günlər Yeni Azərbaycan Partiyasının namizədlər siyahısına olan diqqətlər birmənalı şəkildə ölkə gündəminə damğasını vurdu. Nəhayət erkən parlament seçkilərində iştirak edəcək namizədlərimiz bəllidir”.
Unikal.org xəbər verir ki, bunu V çağırış Milli Məclisin deputatı, vitse-spiker Bahar Muradova öz hesabında yazıb.
O qeyd edib ki, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında namizədlər rəsmən təsdiq olundu: “Qələbəyə köklənmişik. QOY GÜCLÜLƏR QALİB GƏLSİN !”.