Xəbər verdiyimiz kimi, İlham Əliyev Milli Məclisin buraxılması haqqında sərəncam imzalayıb.  Milli Məclisi tam tərkibdə buraxıb və 2020-ci ilin doqquz fevral tarixində növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün vaxt təyin edib. Hazırda isə seçkilərin keçirilməsi üçün lazımi addımlar atılır. Milli Məclisdə islahatlar yalnız deputatlarla deyil, bu Ali orqanın Aparatında da aparılacağı  labüddür.

Unikal.org yaşı 66-dan çox olan Milli Məclisin Aparat işçilərinin siyahısını hazırlayıb. Məlum olub ki, Milli Məclisin Aparatında əsas vəzifələrdə çalışan insanların yaş həddi 65-dən yuxarıdır. 

67 yaşlı Səfa Abbas oğlu Mirzəyev

Milli Məclisin Aparat rəhbəridir. 1952-ci il mayın 12-də Bakı şəhərində anadan olub. 1996-cı ildən Milli Məclisi Aparatının rəhbəridir. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. 

71 yaşlı Aydın Məmməd oğlu Cəfərov

Milli Məclis Sədrinin köməkçisi - MDB PA-da Milli Məclisin daimi nümayəndəsi, 26 iyun 1948-ci ildə doğulub və ixtisasca mühəndis– metallurqdur. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. 2-ci dərəcə dövlət müşaviridir.  

72 yaşlı Firudin Süleyman oğlu Hacıyev

Milli Məclis Aparatının işlər müdiridir. 10 iyul 1947-ci ildə anadan olub və ixtisasca mühəndis-texnoloqdur. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2-ci dərəcə dövlət müşaviridir. 

77 yaşlı Adilə Ziyat qızı Abasova

Milli Məclis Aparatının  sosial qanunvericilik şöbəsinin müdiridir. 03 avqust 1942-ci il tarixində doğulub və ixtisasca fizikdir. 2-ci dərəcə dövlət müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilir. 

72 yaşlı İbrahim Yusif oğlu Yusifzadə

Milli Məclisin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiridir. 10 iyun 1947-ci ildə anadan olub və ixtisasca filoloq, politoloqdur. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təltif edilib. 2-ci dərəcəli dövlət müşaviridir. 

67 yaşlı Rəşid Qəmbər oğlu İbrahimov

Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiridir. 22 yanvar 1952-ci ildə anadan olub və ixtisasca mühəndis-mexanikdir. 2-ci dərəcə dövlət müşaviridir və təltif edilməyib. 

69 yaşlı Təlatüm Əliövsət oğlu Quliyev

Milli Məclis Aparatının ümumi şöbənin müdiridir. 18 may 1950-ci ildə anadan olub və ixtisasca şərqşünas-filoloqdur. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 

69 yaşlı Aydın Mirzəli oğlu Ağayev

Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiridir. 05 oktyabr 1950-ci ildə anadan olub və ixtisasca tarixçidir. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə tətltif edilib. 2-ci dərəcə dövlət müşaviridir. 

66 yaşlı Vilayət Saleh oğlu Əlizadə

Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini - Aqrar qanunvericilik sektorunun müdiridir. 04 may 1953-cü ildə anadan olub və ixtisasca mühəndis-mexanikdir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib və 3-cü dərəcə dövlət müşaviridir.

67 yaşlı Rifət Nurəddin oğlu Ağalarov

Milli Məclisin Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavinidir. 19 aprel 1952-ci ildə anadan olub və ixtisasca Əmtəəşunas, Politoloqdur. 3-cü dərəcə dövlət müşaviridir və təltif edilməyib. 

66 yaşlı Fazil Nəriman oğlu Səfərəliyev

Milli Məclis Aparatının İşlər müdirinin müavinidir. 20 fevral 1953-cü ildə anadan olub və ixtisasca inşaat-mühəndisdir. 3-cü dərəcə dövlət müşaviridir, təltif edilməyib. 

67 yaşlı Ələkbər Həsənbala oğlu Əsgərov

Milli Məclis Aparatının İşlər müdiri xidmətinin Təchizat işləri şöbəsinin müdiridir. 10 may 1952-ci ildə anadan olub və ixtisasca əmtəəşünasdır. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Dövlət qulluğunun baş müşaviridir.  

Orxan Həsənli