Heydər Əsədov daha bir naziri hədəf aldı
14:44 02-11-2012
İQTİSADİYYAT
Heydər Əsədov daha bir naziri hədəf aldı
Hesablama Palatası Mərdanovun işçilərini yoxlayır
Heydər Əsədovun rəhbərlik etdiyi Hesablama Palatsının hədəfində indi də təhsil sektoru var. Palata Mərdanovun rəhbərlik etdiyi sahədə büdcə vəsaitlərinin necə xərcləndiyinin təftişinə start verib.
Belə ki, iki aya yaxındır ki, Hesablama palatası Zərdab rayon Təhsil Şöbəsinin 7 illik fəaliyyəti ilə bağlı yoxlamalar aparır. Rayondan aznews.az-a daxil olan məlumata görə, komissiya dövlət büdcəsindən təhsilə ayrılan pulun necə xərclənməsini yekunlaşdırsa da, noyabrın 10-a kimi hələ sözügedən rayonda olacağını bəyan edib.
Məlumata görə, oktyabrın 31-də rayonun bütün məktəblərinə rayon icra başçısı tərəfindən pul yığılması üçün göstərişi verilib. Bununla bağlı dörd nəfərdən ibarət nümayəndə heyəti yaradılıb. Onlar direktorlardan 3500, müəllimlərdən isə 20-50 manat pulun yığılmasını şərt kimi qoyulub.
Ümumilikdə isə 40000 manat pul istəyiblər. Bundan başqa hər məktəbdən rəsmi qaydada banka pul ödətdiriblər. Rayondan verilən məlumata görə, yığılan pullar komissiyaya çatacaq. Direktorlar onlardan tələb olunan pulu müəllimlərdən almağa çalışır.
Məlumata görə, direktor və müəllimlərdən deyilən pulu yığa bilmədikləri üçün Hesablama Palatasının yoxlama müddəti 10 gün də uzadılıb.
Çox güman ki, Hesablama Palatası yalnız bir rayonun təhsil şöbəsinin fəaliyyətini təftiş etməklə kifayətlənməyəcək. Əsədovun rəhbərlik etdiyi qurumun apardığı yoxlamaların başqa bir çox şəhər və rayon təhsil şöbələrini də vuracağı istisna edilmir.
Həsən Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00