Elmar Vəliyev rektorları diz üstə çökdürüb
14:45 02-11-2012
İQTİSADİYYAT
Elmar Vəliyev rektorları diz üstə çökdürüb
Gəncənin icra başçısı təhsil müəssisələrinin rəhbərlərinə haqq qoyub
Regionların sosial iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Qəbul olunan həmin proqramın hədəfi isə təkcə paytaxt Bakının deyil, həmçinin regionlarda yerləşən şəhər və rayonların da sosial iqtisadi inkişafına nail olmaqdır. Amma nə qədər ağrılı olsa da qeyd etməliyik ki, bu məqsədlə ayrılmış dövlət vəsaitləri heç də hər yerdə təyinatı üzrə xərclənmir.
Hər halda yerlərdən sızan məlumatlar belə düşünməyə əsas verir. Həmin informasiyalarda qeyd olunur ki, tutaq ki, hansısa rayonun sosial iqtisadi inkişafına nail olmaq üçün dövlət büdcəsindən və digər alternativ maliyyə mənbələrindən küllü miqdarda vəsaitin ayrılmasına baxmayaraq yerli icra strukturları həmin pulun əhəmiyyətli hissəsini mənimsəyir. Bu mənimsəmə mexanizmi isə elə qurulub ki, icra başçıları dövlət büdcəsindən ayrılan vəsait hesabına görülməli tədbirləri vəzifələrindən sui-istifadə edərək ayrı-ayrı müəssisə rəhbərlərinin boynuna qoyur və bu yolla büdcədən ayrılan vəsaitin əhəmiyyətli hissəsini çox asanlıqla mənimsəyirlər. "Unikal"a daxil olan məlumatlara görə belə maliyyə maxinasiyalarının baş verdiyi yerlərdən biri də Gəncə şəhəridir.
Qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə görülməli olan quruculuq və abadlıq işlərini yuxarıda haqqında bəhs etdiyimiz "kənar mənbələr" hesaböına gördürməklə böyük maxinasiyalara imza atıb. Əldə etdiyimiz məlumatda qeyd olunur ki, şəhərə rəhbər sifətilə gəldiyi ilk günlərdən başlayaraq sahibkarlara və irili-xırdalı məmurlara düşmən kəsilən Elmar Vəliyev sözün əsl mənasında Gəncədə istədiyini edir. Belə ki, hər bir idarə müdirinin qarşısında qeyri rəsmi olaraq tələb qoyan icra başçısı dövlət vəsaiti hesabına görülməli olan tədbirləri bu yolla həyata keçirir. Görün, Gəncədə bu baxımdan vəziyyət nə qədər dözülməzdir ki, hətta adını çəkmək istəmədiyimiz ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri belə baş verənlərdən daha yuxarı instansiyalara şikayət etmək niyyətindədir.
İnformasiya mənbəmizin sözlərinə görə, icra başçısı Elmar Vəliyev Gəncə şəhərində fəaliyyət göstərən bütün təhsil müəssisələrinin rəhbərləri qarşısında elə tələblər qoyub ki, rektorlar artıq həmin tələbləri yerinə yetirməkdə acizlik çəkirlər. Rektorları yanına çağıraraq onların həyata keçirdiyi bütün qanunsuzluqlardan xəbərdar olduğunu bildirən icra başçısı onların qarşısında "günahlarını yumaq" üçün qəribə şərtlər qoyub. Belə ki, şəhərin abadlaşdırılması məqsədilə onların hər birinə "haqq" kəsən Elmar Vəliyev bu yolla onların "günahından keçəcəyini" söyləyib. Əks təqdirdə rektorları yoxlama təşkil edəcəyi ilə hədələyən icra başçısı nəticədə istəyinə nail olmağı bacarıb.
Mənbəmizin sözlərinə görə, hətta rektorlardan biri icra başçısının tələblərini ödəmək üçün adını çəkmək istəmədiyimiz bankların birindən böyük məbləğdə kredit götürüb və hazırda götürdüyü krediti qaytarmaqda çətinliklər çəkir.
Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Gəncə şəhərində quruculuq və abadlıq işlərini həyata keçirən quruma elə icra başçısının dost-doğma qardaşı Şahmar Vəliyev rəhbərlik edir. Buradan isə belə nəticəyə gəlmək mümkündür ki, icra başçısı əlində olan səlahiyyətlərdən sui-istifadə edərək şəhərin abadlaşdırılması bəhanəsi ilə məmurlardan topladığı vəsaiti əvvəlcə qardaşının rəhbərlik etdiyi müəssisənin balansına köçürür və daha sonra həmin vəsait rahatlıqla həzmi rabedən keçirilir.
Orxan
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00