Xalq artisti Həmidə Ömərova sosial şəbəkədə oğlu ilə bağlı maraqlı paylaşım edib.
Unikal.org xəbər verir ki, aktrisa oğlunun ona sürpriz etdiyini, amma mətbəxi dağıtdığını vurğulayıb:
"Oğlumun bu səhər ilk dəfə bişirdiyi blinçiklər mənə 200 manata başa gəldi.
Sürpriz etmək üçün "Mətbəxə gəlmə!" əmrini verib, qapını açarla bağladı. Mikseri tapmayıb, yumurta, şəkər tozu və unu blenderdə qarışdırıb, onu xarab elədi.
Mətbəxi dağıdandan sonra birtəhər mikseri tapıb. Blinçiklərin mayasını çini qabda o qədər qarışdırdı ki, mikser də, qədimi çini qab da sındı. Amma blinçiklər dadlı alındı".