Kərəm Həsənov Bolqarıstanda biznes qurur
12:23 03-11-2012
İQTİSADİYYAT
Kərəm Həsənov
Bolqarıstanda biznes qurur
Komitə sədri bu ölkəyə nə üçün gedibmiş?
Azərbaycanın bir çox iri məmurları 2013 prezident seçkisindən sonrasının əndişəsini yaşayırlar. Onlar seçkidən sonra hakimiyyət formalaşdırılacaq yeni hökumət kabinetində onlara yer olmayacağını indidən proqnozlaşdıraraq, ehtimal edərək, ya da dəqiq bilərək xaricdə biznes qurmağa həvəslənməyə başlayıblar.
Əslində bu tip informasiyalar yeni deyil; hələ bir neçə ay əvvəldən çeşidli KİV-lərdə belə xəbərlər özünə yer almağa başlayıb ki, xeyli iri məmur ayrı-ayrı əcnəbi ölkələrlə biznes münasibətlərini genişləndirirlər və onların arasında bəzi nazirlər, komitə sədrləri də var. Belələri hesab edir ki, 2013-cü il prezident seçkilərindən sonra onlara hakim komandada yer olmaya bilər.
Lakin əsas qorxu həmin məmurların vəzifələrini itirməsi ilə bağlı deyil. Onların əsas narahatlıqları uzun illərdir "min bir əziyyətlə" qazandıqlarının bir gündə əllərindən alına biləcəyi, hətta həbsə düşəcəkləri ilə əlaqəlidir. Belə ki, son vaxtlar əllərində kifayət qədər sərvət cəmləmiş məmurların və iş adamlarının bir günün içində hər şeylərinin necə əllərindən alındığına dair xeyli faktlar var.
Fərqli media quruluşlarında özünə yer alan iddialara görə, hakimiyyətdəki "köhnələr" görürlər ki, artıq əvvəllər olduğu kimi möhkəm oyun qaydaları mövcud deyil. İndi heç kimin təminatı yoxdur ki, biznesi, mülkləri və sərvətləri qəfildən əllərindən alınmayacaq. Belə qeyri-müəyyənlik şəraitində ən optimal çıxış yolu sərvətlərinin və biznesin heç olmasa bir qismini xaricdə yerləşdirərək möhkəm təminat altına almaq, ardınca fürsət düşən kimi ölkəni tərk edib xaricə yerləşmək ola bilərdi.
Xəbərlərə görə, bir çox məmurlar arasında bizneslərini xaricə yerləşdirmək tendensiyası xeyli güclüdür, artıq belələri barədə informasiyalar da toplanır, çeşidli yüksək vəzifəli şəxslərin xarici ölkələrə rəsmi və qeyri-rəsmi səfərləri ciddi şəkildə nəzarət altına alınır.
Bu cür informasiyaların artdığı dövrdə isə biz Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da xarici ölkələrdən birində biznesə maraq göstərdiyi barədə iddialar almışıq. Həmin iddialara görə, bu ölkə Bolqarıstandır.
Məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti təxminən 20 gün əvvəl Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olub. Rəsmi bilgilərə görə səfər Bolqarıstanın Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyinin direktoru Emil Karanikolovun dəvəti əsasında baş tutub. Səfərin əsas məqsədi dövlət əmlakının özəlləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi, təcrübə və məlumat mübadiləsi, kadrlara seminar və treninqlərin keçirilməsi, özəlləşdirməyə investisiyaların cəlb edilməsi, özəlləşdirmədən sonra müəssisələrin dəstəklənməsi məsələlərinin müzakirəsinin aparılmasından ibarət olub.
Amma qeyri-rəsmi məlumatlarda Kərəm Həsənovun Bolqarıstandakı çeşidli görüşlərdə adıçəkilən ölkədə dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi prosesinə Azərbaycan investorlarının qarşılıqlı olaraq cəlb edilməsi, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və özəlləşdirmədən sonra dəstəklənməsi kimi məsələləri də müzakirə edib. Təcrübə göstərir ki, belə əməkdaşlıqlar zamanı hər hansı bir məmur bir qayda olaraq, özlərinə yaxın investorların, iş adamlarının prosesə cəlbini nəzərdə tuturlar; bu təcrübədən çıxış edərək Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin də əslində Bolqarıstana investorlarımızın cəlb edilməsi zamanı məhz özünə bağlı iş adamlarını önə çıxaracağını söyləyə bilərik.
Bu isə dolayısı yolla Kərəm Həsənovun özünün Bolqarıstanla biznes ilişgilərinə girməsi demək olacaq. Hər halda iddialar bu yöndədir və həmin iddiaların gerçəkləşib-gerçəkləşməyəcəyini bizə zaman göstərəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00