Bir müddət model kimi fəaliyyət göstərən Emily Evans-Schreiber xəstə nənəsinin pulunu külli miqdarda oğurlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı model 2018-ci ildə nənəsinin qayğısına qalmaq üçün onun evinə köçüb. O, rəsmi sənədlərlə yaşlı qadının maliyyə vəsaitlərinə nəzarət etmək hüququ qazanıb. 2018-ci il ərzində aprel ayından ilin sonuna qədər o nənəsinin hesabından öz hesabına 40 dəfə pul göndərib. 

Anası 38 yaşlı qadının işsiz olduğu halda necə lüks həyat yaşadığını anlamayıb və polisə bu barədə xəbər verib. Araşdırmalar nəticəsində keçmiş modelin nənəsindən 230 min funt- sterlinq (təxmini 500 min manat) pul oğurladığı məlum olub. O, 2 illik həbs cəzasına məhkum edilib.