Quraqlıq səbəbindən 5 min dəvənin öldürüldüyünün açıqlandığı Avstraliyada fəlakətlər sonlanmaq bilmir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Kanberra bölgəsinə dolu düşüb. Nəticədə yüzlərlə bina və avtomobilə ziyan dəyib. Digər tərəfdən, başqa bir vilayətdə isə qum fırtınası baş verib.
Öldürüləcək olan dəvələrin sayının 10 minə çatacağı bildirilib. Artıq ölkənin saytlarından birində bu prosesin qarşısının alınması üçün imza kampaniyası başladılıb. Hal-hazırda 130 min imza toplanılıb.