Özbəkistan hökuməti tam tərkibdə istefa verib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Abdulla Aripov açıqlamasında bildirib.
Nazirlər Kabineti üzvlərinin Özbəkistan Konstitusiyasının 98-ci maddəsinə uyğun olaraq istefa verdikləri qeyd olunub. Diqqətə çatdırılıb ki, hökumət Özbəkistan prezidentinin qərarına uyğun olaraq, yeni kabinet formalaşana qədər işini davam etdirəcək.
Yeni hökumətin yaxın günlərdə formalaşdırılması nəzərdə tutulur.